-
- 2-05-2023, 18:08
- 323
ABŞ İrəvanın Rusiya və İranla əməkdaşlığını məhdudlaşdırır - WSJ
“ABŞ başa düşüb ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında və sülh müqaviləsində daha fəal iştirak etməsə, Rusiya və İran nəticə əldə etməyə həmişə mane olacaq”.
News24.az xəbər verir ki, bu barədə ABŞ-ın Hudzon İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran “The Wall Street Journal” üçün yazdığı məqalədə bildirib.
Müəllif xatırladır ki, ABŞ-dan başqa, vasitəçi rolunu Rusiya Prezidenti Vladimir Putin də öz üzərinə götürüb. Onun fikrincə, məsələnin yekun həlli və sülhün əldə olunması Qarabağda yerləşdirilən sülhməramlı qüvvələrə ehtiyacı aradan qaldıracaq. Doran sülhməramlıların Putinin əsas alətlərindən biri olduğunu vurğulayıb.
Məqalə müəllifinin fikrincə, Ermənistan Rusiyadan, xüsusən də hərbi sahədə çox asılıdır.
“Azərbaycan neft və qaz tədarük etdiyi Avropa ilə güclü iqtisadi əlaqələri gücləndirməklə yanaşı, eyni zamanda Türkiyə və İsraillə də müdafiə əlaqələrini inkişaf etdirib. Azərbaycanın Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığı, həm də İrandakı azərbaycanlıların dəstəyi Tehranı xüsusilə qorxudur.
Ona görə də Tehran Moskva və İrəvanla Türkiyə-İsrail-Azərbaycan birliyini balanslaşdırmaq və sülh danışıqlarını pozmağa çalışır. Cənubi Qafqazda Ermənistanın xeyrinə diplomatiyaya böyük enerji sərf edən Fransa Prezidenti Emmanuel Makron dolayısı ilə buna töhfə verib. Böyük erməni icmasına malik Fransa Avropa Şurasının sədri Şarl Mişele təzyiq edərək, Aİ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqlarına müdaxilə edib. Bu, Avropa vasitəçiliyinin Bakının gözündə qeyri-legitim olmasına gətirib çıxarıb”, - Maykl Doran qeyd edib.
Müəllifin iddiasına görə, ABŞ Dövlət katibi Blinken başa düşür ki, Ermənistana sülh gətirmək və onun Rusiya-İran alyansı ilə əməkdaşlığını məhdudlaşdırmaq üçün ABŞ-ın vasitəçiliyi yeganə yoldur.
Turan