-
- 14-02-2019, 15:18
- 1 809
Əmək pensiyaları artırılacaq - MƏBLƏĞ
"Yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda orta aylıq əmək pensiyası 222 manat, yaşa görə pensiya 240 manat idi. 3 faizli indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya 229 manata, yaşa görə orta aylıq pensiya 250 manata qalxacaq".
News24.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev mətbuat konfransında deyib.
Nazir bildirib ki, əmək pensiyasının minimum məbləğinin 160 manata qaldırılmasından sonra bu rəqəm dəyişə bilər: "Dövlət Statistika Komitəsinin 3 faizli artım göstəricisi ilkin nəticədir. Lakin Dövlət Statistika Komitəsi iyun ayında yekun rəqəmi verəcək. O zaman bu, dəyişə bilər. Ancaq gözləntimiz odur ki, orta aylıq əmək pensiyası 5 faizə qədər artacaq".