Türkiyədə avtobus aşıb, ölənlər və yaralılar var
    • 4-05-2023, 22:12
    • 211

Türkiyədə avtobus aşıb, ölənlər və yaralılar var

Türkiyənin Trabzon şəhərinin Akçaabat rayonunda axşam saatlarında bələdiyyə avtobusu idarəetmədən çıxaraq aşıb.

News24.az “Haber Global”a istinadən xəbər verir ki, yol qəzası nəticəsində biri uşaq olmaqla 4 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Qəzanın başvermə səbəbi araşdırılır.