Türkiyədə avtobus qəzaya uğradı - ÖLƏN VƏ YARALANANLAR VAR
    • 19-04-2023, 11:26
    • 171

Türkiyədə avtobus qəzaya uğradı - ÖLƏN VƏ YARALANANLAR VAR

Türkiyədə fabrik işçilərini daşıyan avtobus qəzaya uğrayıb.

News24.az xəbər verir ki, qəza Eskişehirin İnönü məhəlləsi yaxınlığında baş verib.

İnönü-Biləcik yolunun 7-ci kilometrliyində meydana gələn qəzada avtobus yoldan çıxaraq dərəyə aşıb. 

İlkin məlumata görə, hadisə zamanı 3 nəfər həyatını itirib, 31 nəfər isə yaralanıb.

Yaralılar Eskişehir və Bozüyükdəki müxtəlif xəstəxanalara yerləşdiriliblər. /İHA/