-
- 4-05-2023, 23:41
- 572
Rəsmi İrəvandan XİN başçılarının görüşü ilə bağlı açıqlama
Bəzi əsas məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri hələ də fərqlidir.
News24.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Vaşinqtonda nazirlər - Ararat Mirzoyan və Ceyhun Bayramov arasında keçirilən danışıqların yekunlarına dair bəyanatında deyilir.
Ermənistan XİN qeyd edib ki, nazirlər mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin tənzimlənməsi ilə bağlı mövqelərini təqdim ediblər.
"Nazirlər və onların komandaları “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı anlaşmada irəliləyiş əldə ediblər", eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin hələ də fərqli olduğunu qeyd ediblər", - deyə bildirilib.
Mirzoyan və Bayramov danışıqların aparılmasına görə Amerika tərəfinə minnətdarlıqlarını bildiriblər, həmçinin müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.