Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb
    • 7-11-2022, 19:31
    • 434

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın geniş tərkibli görüşü başlayıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

"Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ikitərəfli görüşü başlayıb", - məlumatda bildirilib.