-
- 5-05-2023, 11:49
- 685
Pomidor niyə bahadır? – Ekspert nazirliyi günahlandırdı
Pomidorun qiyməti əvvəlki dövrlərlə müqayisədə xeyli bahadır. Mağazalarda 1 kiloqram pomidor alıcılara 3.50, 4, 5 manata təklif olunur. Artıq iki aydan çoxdur ki, çox cüzi rəqəm istisna olmaqla, qiymətdə fərq müşahidə olunmur. Hətta qış aylarında pomidorun kiloqramı 2.50-3 manat civarı idisə, bu gün may ayı olmasına baxmayaraq qiymətlər xeyli yüksəkdir. Qiymətlər heç bazarlarda da ürəkaçan deyil, orada bu məhsul 30-50 qəpik aşağı fərqlə satılır.
Pomidorun qiymətinin birdən-birə bu qədər bahalaşması sosial platformada da ciddi müzakirələrə səbəb olub. Alıcılar bu məhsulun qiymətinin bu qədər bahalaşmasından narahatlıqlarını dilə gətirirlər. Supermarketlər isə qiymətin topdansatışda bahalaşdığını bildirirlər.
News24.az pomidorun qiymətinin kəskin bahalaşmasının səbəbini araşdırıb.
“Bu il pomidorun bahalaşması hansı amillə bağlıdır?” sualını həm Kənd Təsərrüfatı Nazirliyinə ünvanladıq. Nazirlikdən News24.az-a bildirildi ki, qiymət artımı məsələsinin KTN-ə heç bir aidiyyəti yoxdur: “Qiymət məsələsi nazirlik tərəfindən tənzimlənmir. Ümumiyyətlə, qiyməti heç bir qurum tənzimləmir, bazar tənzimləyir. Sərbəst bazardır, supermarketlər də neçəyə istəyir satır”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov News24.az-a açıqlamasında bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə ərzaq bolluğunun yaranmasına cavabdeh olan bir qurumdur. Onun sözlərinə görə, pomidorun qiymətinin artıb-azalması da məhz nazirliyin həyata keçirdiyi tədbirlərlə birbaşa bağlıdır:Azərbaycanda qiymət artımının iki səbəbi var. Birincisi istehsal yetərincə deyil, yəni əhalinin tələbatı qədər deyil. İkincisi isə bazarda monopoliyanın olmasıdır. Hər iki halda məsuliyyət Kənd Təsərrüfatı Nazirliyinin üzərinə düşür. Nazirlik ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına məsul olan bir qurumdur. Qiyməti bazar müəyyən edir, fermer istehsalla məşğuldur, tədarükçülər məhsulun bazara çıxarılması ilə məşğul olur, istehlakçılar da pul verib alır. Nazirlik çalışmalıdır ki, beynəlxalq normaya uyğun olaraq ölkə əhalisi ərzaqla təmin edilsin”.
Ekspert bildirib ki, bunun üçün məhsuldarlığın artırılması, keyfiyyətin yaxşılaşdırılması, məhsulun bazara vaxtında çıxarılması, bir hissəsinin müəyyən müddətə qədər saxlanılması ilə bağlı tədbirlər həyata keçirməlidir:“Onlar siyasət müəyyən etməlidirlər ki, məhsulun istehsalı artsın. Yəni nə etmək olar ki, istehsal olunan məhsul asanlıqla bazarda özünə yer tapsın. Onlar marağında olmalıdır ki, kəndlinin məhsulu bazara çıxsın, kəndli gəlir əldə etsin, biznesini genişləndirsin, daha çox məhsul istehsal etsin, bazarda qiymətlər əhali üçün əlçatan olsun. Əgər bu gün bu sahədə hansısa problem varsa, bunu da nazirlik digər qurumlarla birgə həll etməlidir”.
V.Məhərrəmov pomidorun qiyməti ilə bağlı Azərbaycanla Türkiyə arasında paralellər aparıb: “Bir müddət öncə Türkiyədə idim. Ankara bazarında pomidorun kiloqramı 2-2.50 manat idi. Azərbaycan bazarında həmin pomidor növü isə 5-5.50-yə satılırdı. Pomidor qış mövsümündə istixanada istehsal olunur. Nəzərə alsaq ki, Türkiyə qazı və nefti Azərbaycandan, Rusiyadan idxal edir. Amma buna baxmayaraq, orada pomidorun satış qiyməti bizdəkindən 2.5 dəfə ucuzdur. Yəni Bazar iqtisadiyyatının öz qaydaları var. Bazara müdaxilə varsa, artıq bazar qiyməti müəyyən edə bilməz, monopolistlər müəyyən edir. Onlar bazardan çıxarılmalıdır, ya da daha çox məhsul istehsal edib bazara çıxarmaq lazımdır ki, həmin monopolistlər özləri bazardan çıxmaq məcburiyyətində qalsınlar. Bu işlərin hamısını Kənd Təsərrüfatı Nazirliyi etməlidir”.
Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Asif İbrahimov deyir ki, qiymət artımı artıq tendesiyası halını alıb. Onun sözlərinə görə, aprel-may aylarında mövsümün bitməsi, yaya keçid ərəfəsində pomidorun və digər bu kimi məhsulların qiymətində bahalaşma müşahidə olunur: “Səbəblərdən biri bu aylarda növbəti ilə hazırlıqla bağlı istixanaların sökülməsidir. Bu ərəfədə də qıtlıq yaranır, bazarda nisbətən məhsulların azalması baş verir. Buna görə də hər il bu aylarda pomidor bahalaşır. Ümumiyyətlə, bu il kənd təsərrüfatı məhsullarının hər birində bahalaşma müşahidə olunur. Bunun da bir çox səbəbi var. Həmin məhsulun ərsəyə gəlməsi üçün çəkilən xərclər əvvəlki illərdəkindən çoxdur. Məsələn: kommunal və xidməti xərclər, bəzi gübrələrin qiyməti artıb, əvvəllər işçilərə minimum əməkhaqqının - 250 manatın mütənasibində maaş verirdi, artıq 345 manatın mütənasibində maaş vermək məcburiyyətində qalıblar. Eyni zamanda çatdırılmada, nəqliyyat vasitələrinin yanacağında bahalaşma var. Bu faktorların hər biri yekun məhsulun ərsəyə gəlməsində çəkilən xərclərə ciddi təsir göstərir. Bu da sonda qiymətə təsir edir”.
İqtisadçı qeyd edib ki, istər idxal, istərsə də istehsal etdiyimiz məhsulların maya dəyəri və xərcləri artdığı üçün qiymətlərdə belə sıçrayışlar baş verib: “Azərbaycan iqtisadiyyatında bir çox strateji məhsulların qiymətini Tarif Şurası tənzimləyir. Məsələn: çörək, dərman preparatları, yanacaq və s. Digər məhsulları isə bazar qiyməti tənzimləyir, tələb təklifi formalaşdırır. Qiymətlərdəki sıçrayışların səbəbi bir çox məsələlərdə idxaldan asılı olmağımız, eyni zamanda istehsal etdiyimiz məhsulların tərkibinin, xammalının idxal elementlərindən asılı olması ilə bağlıdır. Hesab edirəm ki, kənd təsərrüfatı məhsullarının qiymətinin aşağı salınması üçün xüsusi işlər görülməlidir”.
Turan