Siyəzəndə istirahət mərkəzində yanğın olub - FOTO
    • 5-05-2023, 12:11
    • 248

Siyəzəndə istirahət mərkəzində yanğın olub - FOTO

Siyəzən rayonunda istirahət mərkəzində yanğın olub.

News24.az xəbər verir ki, hadisə rayonun Məşrif kəndində qeydə alınıb. Mərdanov Əli Cumayil oğluna məxsus istirahət mərkəzinin 150 kvadratmetr sahəsi yanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisənin səbəbləri araşdırılır.