Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 17 milyardı keçib
    • 15-02-2019, 11:15
    • 941

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 17 milyardı keçib

2018-ci ildə ölkə iqtisadiyyatına investisiya qoyuluşu 17 238,2 mln. manat təşkil edib.

News24.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəsmi saytında yerləşdirilən 2018-ci ilin “Pul siyasəti icmalı”nda qeyd olunub.

Qeyri-neft sektoruna 11289,3 mln. manat həcmində vəsait yönəldilib ki, bu da ötən illə müqayisədə 22% çoxdur. Cəmi investisiya qoyuluşlarının 46.7%-i dövlət, 53.3%-i özəl sektorun payına düşüb.

Əsas kapitala yönəldilmiş investisiyaların 69.7%-i daxili mənbələr, 31.3%-i isə xarici mənbələr hesabına formalaşıb.

Nigar Məmmədli