-
- 5-05-2023, 18:41
- 458
Uzun müddət anasının cəsədi ilə yaşayan kişi öldü
Sankt-Peterburqun Primorski rayonunda uzun müddət anasının cəsədi ilə dağınıq mənzildə yaşayan kişi dünyasını dəyişib.
News24.az lent.az-a istinadən xəbər verir ki, 61 yaşlı kişi və 84 yaşlı qadının meyitləri məhkəmənin tələbi ilə kirayə haqqı ödənilmədiyi üçün mənzili açan polis əməkdaşları və məhkəmə icraçıları tərəfindən aşkar edilib. Onlar mənzildə plastik butulkalar və zibil qalıqları yığıldığını görüblər.
Mütəxəssislər yataqda uzanmış yaşlı qadının meyitinin uzun müddət mənzildə olduğunu müəyyən ediblər. Ancaq oğlu çox sonra ölüb. Ölənlərin cəsədləri ölüm səbəbini müəyyən etmək üçün meyitxanaya göndərilib, onların üzərində zorakılıq izləri aşkar edilməyib.