Bakıda faciə: bir evdə dörd meyit tapıldı – ürəyi zəif olanlar oxumasın
    • 5-01-2023, 12:58
    • 170

Bakıda faciə: bir evdə dörd meyit tapıldı – ürəyi zəif olanlar oxumasın

Bakıda bir mənzildə 4 nəfərin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a bildirilib ki, Nərimanov rayonunda yerləşən mənzillərdən birinin sahibi polisə zəng edərək kirayəyə verdiyi evin qapısının arxadan bağlı olduğunu, nə qədər döysə də, qapını açan olmadığını bildirib.

Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 kişi meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

İlkin ehtimala görə, onlar dəm qazından boğulub. Digər ehtimala görə isə həmin şəxslər qidadan zəhərlənərək ölüblər.