Hikmət Hacıyev xarici diplomatlarla Naxçıvana getdi
    • 6-05-2023, 11:16
    • 480

Hikmət Hacıyev xarici diplomatlarla Naxçıvana getdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Naxçıvan Muxtar Respublikasına səfər edib.

News24.az APA-ya istinadən xəbər verir ki, Hikmət Hacıyevlə yanaşı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri də Naxçıvana gəlib.

Nümayəndə heyəti bu gün Naxçıvanda keçiriləcək “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda tədbirdə iştirak edəcək. Heyət əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini, daha sonra Heydər Əliyev Muzeyini ziyarət edib.