Hikmət Hacıyev  Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşdü
    • 27-05-2022, 20:52
    • 473

Hikmət Hacıyev Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda akkreditə olunmuş Avropa İttifaqı (Aİ) nümayəndəliyi və Aİ səfirləri ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında paylaşım edib.

"Brüssel sülh gündəliyinin davamı kimi Bakıda akkreditə olunmuş Aİ nümayəndəliyi və Aİ səfirləri ilə məhsuldar görüş keçirdik, fikir mübadiləsi apardıq",- paylaşımda deyilir.