-
- 6-05-2023, 13:16
- 335
Bakının Xəzər rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlandı
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Bakının Xəzər rayonunda həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində içməli sudan qanunsuz istifadə edən kommersiya obyektlərinin və fərdi yaşayış evlərinin su təchizatı dayandırılıb.
News24.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi, israfçılığın qarşısının alınması üçün Xəzər rayonunda aparılan araşdırmalar nəticəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb. Mərdəkan-Bilgəh yolunda yerləşən dekorativ ağacların satışı ilə məşğul olan sahibkar texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz istifadə edir. Sudan qanunsuz istifadə etdiyinə görə obyekt sahibinə qarşı 2 dəfə inzibati tədbir görülsə də suyu talamaq əməlindən əl çəkməyib.
Nəzarət tədbirləri zamanı məlum olub ki, Binə qəsəbəsi Bolluq sahəsi adlanan ərazidə yerləşən “Arzu” şadlıq evinin müqaviləsi və sayğacı mövcuddur. Lakin obyektin sahibi sayğacdankənar xətdən istifadə edir. Obyektə sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq akt tərtib edilsə də obyekt sahibi ödənişdən imtina edib. Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsində yeni tikilmiş həyət evlərində də sudan qanunsuz istifadə edildiyi aşkarlanıb.
Nəzarət tədbirləri zamanı aşkarlanmış qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt və mənzil sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Bu ilin yanvar-aprel aylarının operativ məlumatlarına əsasən ümumilikdə 4 817, Xəzər rayonunda isə 555 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.