Səyavuş Aslanın oğlu dəfn EDİLİR
    • 6-05-2023, 14:04
    • 341

Səyavuş Aslanın oğlu dəfn EDİLİR

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə Səyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib.

News24.az xəbər verir ki, mərhum Xalq artistinin oğlu bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

Təzə Pir məscidindən cənazə namazı qılındıqdan sonra mərhumun nəşi Yasamal qəbiristanlığına yola salınıb.

Dəfn mərasində Siyavuş Aslanın kiçik oğlu Eldar Aslan, ailənin yaxınları və Akademik Milli Dram Teatrının aktyorları iştirak ediblər.

Qeyd edək ki, Çingiz Aslanovun aprelin 29-də vəfat etdiyi, meyitinin 7 gündən artıq morqda qaldığı açıqlanıb.

Qumral