Ötən il Bakıda 91 şagirdin icbari təhsildən yayınması AŞKARLANDI
    • 8-05-2023, 10:22
    • 217

Ötən il Bakıda 91 şagirdin icbari təhsildən yayınması AŞKARLANDI

Ötən il Bakı şəhərində 91 şagirdin icbari təhsildən yayınması aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə hesabatında bildirilir.

Qeyd edilib ki, həmin şagirdlərin valideynləri xəbərdarlıq edilməklə dərsə davamiyyətləri təmin olunub.

Məlumata görə, respublikanın rayonlarını da əhatə edən bu qəbildən tədbirlərlə sosial həssas ailələrin və həmin ailələrdə olan uşaqların siyahısı hazırlanıb, onların təhsildən yayınmasının, qanunsuz əməllərə təhrik edilməsinin və məcburi əməyə cəlb olunmasının qarşısının alınması məqsədilə hər biri ilə fərdi profilaktik iş aparılıb.