Ukrayna: Rusiyanın 35 PUA-sı havada məhv edilib
    • 8-05-2023, 12:43
    • 194

Ukrayna: Rusiyanın 35 PUA-sı havada məhv edilib

Rusiyanın 35 PUA-sı havada məhv edilib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Qərargahdan bildirilib ki, Rusiya ötən gecə Xarkov, Xerson, Nikolayev və Odessa bölgələri başda olmaqla bir çox şəhərə 16 raket hücumu həyata keçirib.

Bundan əlavə, Ukrayna əsgərlərinin yerləşdiyi mövqelərə və yaşayış məntəqələrinə 61 hava hücumunun qeydə alındığı bildirilib.

Qumral Əliyeva