Rusiya Ukrayna şəhərlərini bombaladı
    • 1-05-2023, 11:01
    • 170

Rusiya Ukrayna şəhərlərini bombaladı

Rusiya gecə saatlarında paytaxt Kiyev də daxil olmaqla Ukrayna şəhərlərinə intensiv hava zərbələri endirib.

News24.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.

Popko bildirib ki, Rusiyanın bütün raket və PUA-larının Kiyev hava məkanında müdafiə sistemləri tərəfindən məhv edilib. Dinc sakinlər arasında itkilər qeydə alınmayıb, mənzillərə, infrastrukturlara ziyan dəyməyib.

Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı Ukraynaya ümumilikdə 18 qanadlı raket atıldığını, onlardan 15-nin Ukrayna qüvvələri tərəfindən məhv edildiyini bildirib.

Qumral Əliyeva