-
- 8-05-2023, 16:16
- 551
40 bıçaq zərbəsi ilə öldürülən Ramilənin dəhşətli hekayəsi- Şahidlər danışır
Ötən il noyabrın 15-də Tovuz rayonun Aşağı Öysüzlü kəndində 37 yaşlı Ramilə Rüstəmovanın bir ay əvvəl boşandığı keçmiş həyat yoldaşı 35 yaşlı Xaliq Rüstəmov tərəfindən xüsusi amansızlıqla öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.
News24.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində X.Rüstəmov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə açılmış iş üzrə prosesdə yeni faktlar üzə çıxıb.
Bildirilib ki, R.Rüstəmova həyat yoldaşından oktyabrda boşanıb. Bundan sonra Xaliq dəfələrlə arvadı ilə barışmaq istəsə də, qadın razılaşmayıb. O, Tovuz şəhərində yerləşən “Nəsimi” ticarət mərkəzində işləməyə başlayıb. Bundan sonra Xaliq yenicə boşandığı arvadının həmkəndlisi Cəfərlə mübasibət qurmasından şübhələnib. Bir neçə gün ərzində keçmiş arvadını izləyən Xaliq onun Cəfərlə görüşdüyünü öyrənib. Həmçinin Ramilənin nənəsinə məxsus evdə tək yaşaması onda şübhələr yaradıb. Noyabrın 15-də keçmiş arvadının yaşadığı evin həyətinə xəlvətcə girən Xaliq Cəfərin Ramilənin yaşadığı evdə olduğunu görüb.
O, hadisə ilə bağlı ifadəsində deyib: “Axşam saat 21:30-da Ramilənin yaşadığı evin qarşısına çatanda darvazanın qapısının arxadan qıfılla bağlı olduğunu və evin həyətinin işığının yanmadığını gördüm. Həyət setkasından içəri tullandım. Əvvəlcə yardımçı tikiliyə tərəf gedəndə otaqda qızımın telefonla oynadığını gördüm. Sonra əsas evə tərəf qalxdım və qapının qıfılsız olduğunu gördüm. Açmağa cəhd edəndə kimsə arxadan qapını tutub saxladı. Çiynimlə qapını itələyib açdım. Bu zaman Ramilə ilə Cəfəri birgə gördüm. Ramilə mənə tərəf gəlib, “Bağışla, qələt eləmişəm, sabah ona qoşulub qaçıram, qızı da özümlə aparıram” dedi. Həmin anda Cəfər qapının arxa tərəfindən qəfildən çıxdı sifətimə iki yumruq zərbəsi vurdu, yerə yıxıldım. Daha sonra o, qaçıb getdi. Ramilə də yardımçı tikiliyə qızımın yanına qaçdı”.
Bundan sonra Xaliq tikilidə Ramiləni tutub və qızının gözü qarşısında ona 40-a yaxın bıçaq zərbəsi endirib, həmçinin ölümünə əmin olmaq üçün bıçaqla boğazını kəsib. Həyəti tərk edərkən Xaliq qaynı Ramillə qarşılaşıb və ona bacısını öldürdüyünü deyib. Bir qədər sonra polislər Xaliq Rüstəmovu Tovuzdakı “Turan” şadlıq evinin qarşısında tutublar.
Şahid kimi ifadə verən Cəfər Səfərov bildirib ki, Ramilə ilə münasibəti 2022-ci ilin aprelində başlayıb:“Təxminən 2022-ci ilin aprel ayının axırlarında instagramda Ramiləyə follov göndərdim, o da qəbul elədi. Bundan sonra yazışmağa başladıq. Ramilə mənə ticarət mərkəzində qab-qacaq satılan mağazada satıcı işlədiyini, iki uşağı olduğunu, ərinin adının Xaliq olduğunu, onun hazırda Rusiyada yaşadığını və ərindən boşanmaq üzrə olduğunu dedi. Bundan sonra mütəmadi olaraq danışmağa başladıq. Oktyabrın 5-də rəsmi şəkildə boşandığını dedi. Bu xəbərdən sonra daha tez tez görüşürdük. Oktyabrın 13-də Ramilənin ərinin Rusiyadan qayıtdığını eşitdim. Bundan sonra Xaliq tez-tez işlədiyimiz yerə gəlib Ramiləni və məni izləyirdi, həmçinin küçədə və avtobusda bir neçə gün bizi təqib etdiyini də görmüşəm. Hadisə baş verən gün isə Ramilə məni nənəsigilə dəvət etdi. Ona gəlmək istəmədiyimi, narahat olduğumu dedim, lakin təkidlə problem olmadığını bildirdi. Evdə olanda Xaliq içəri basqın etdi, onu Ramilə qarşıladı. Sonra mən qapının arxasından çıxıb onu vurdum və hasardan tullanıb qaçdım. Həmin gün saat 11-in yarısında eşitdim ki, Xaliq keçmiş arvadı Ramilə Rüstəmovanı mənimlə münasibətinə görə öldürüb”.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən proses bir neçə gün əvvəl yekunlaşıb. Keçmiş arvadını qısqanclıq zəminində və xüsusi amanszlıqla öldürən 35 yaşlı Xaliq Rüstəmov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Taleh BAĞIROV