Messi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək
    • 8-05-2023, 17:46
    • 261

Messi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək

Argentina və Fransa yığmasının hücumçusu Lionel Messi karyerasını Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda, "Barselona"nın keçmiş komanda yoldaşları Serxio Busquets və Jordi Alba ilə birlikdə davam etdirəcək.

News24.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb. 

Qeyd olunub ki, PSJ-nin forvardı Ər-Riyad klubu ilə müqaviləyə razılıq verib. Alba mövsümün sonunda "Əl-Hilal"la iki mövsümlük müqavilə imzalayacaq, Buskets isə "Barselona" ilə mövcud müqaviləni ləğv etdikdən sonra yeni klubla müzakirələrə başlayacaq.