Messi “Barselona”ya QAYIDIR - İddia
    • 16-12-2022, 10:43
    • 353

Messi “Barselona”ya QAYIDIR - İddia

Argentina millisi ilə dünya çempionatının finalına qədər irəliləyən Lionel Messinin "Barselona"ya geri dönəcəyi ilə bağlı məlumatlar yayılıb. 

News24.az xəbər verir ki, iddialar İspaniya mətbuatında yer alıb.

Məlumatda qeyd olunub ki, 35 yaşlı futbolçunun Fransa təmsilçisi “Paris Sen-Jermen” klubu ilə 2023-cü ildə müqaviləsi başa çatacaq və mövsüm sonunda “Barselona” ilə danışıqlara başlayacaq. Həmçinin bu fikir də əlavə olunub ki, müqaviləsi başa çatdıqdan sonra Messi azad agent olacağı üçün “Barselona”naya maliyyə problemi yaratmayacaq.

Qeyd edək ki, “Paris Sen-Jermen” ilə 53 oyuna çıxan Lionel Messi ümumilikdə 23 qol vurub və 29 məhsuldar ötürmə edib. Argentinalı ulduz “Barselona”nın heyətində isə 778 oyunda 672 qol vurub və 303 məhsuldar ötürmə edib.