Bakıda 21 yaşlı gənc ögey atasını öldürdü
    • 9-05-2023, 00:35
    • 777

Bakıda 21 yaşlı gənc ögey atasını öldürdü

Mayın 8-də saat 22 radələrində paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində, evlərdən birində 1978-ci il təvəllüdlü Rahib Telman oğlu Mehdiyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə News24.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, R.Mehdiyevin ögey oğlu, 2002-ci il təvəlldlü Elgün Nəbi oğlu Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.