-
- 10-05-2023, 11:16
- 265
"Brüssel görüşünə Bakı və İrəvan arasında aparılan danışıqların bir hissəsi kimi baxılmalıdır"
"Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşündəki danışıqlar Azərbaycan-Ermənistan normallaşma prosesinin tərkib hissəsidir. Brüssel görüşünə Bakı və İrəvan arasında aparılan danışıqların bir hissəsi kimi baxılmalıdır".
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Prosesi müsbət qiymətləndiririk. Çünki bəzən müxtəlif səbəblər olur və danışıqlar prosesində fasilələr, yaxud da ləngimələr yaranır. Azərbaycan tərəfinin bu istiqamətdə yanaşması hər zaman davamlı və ardıcıldır. Biz danışıqlar prosesinin və normallaşmanın tərəfdarıyıq. Əfsus ki, vaxtaşırı Ermənistan tərəfindən qeyri-ardıcıl, ziddiyyətli yanaşma və fikirlər səslənir. Sülh danışıqları ilə bağlı da 6 aya yaxın fasilə olmuşdu. Daha sonra beynəlxalq vasitəçilərin rolu nəzərə alınmaqla yaxınlarda yenidən danışıqlar baş tutdu".
Nazir qeyd edib ki, bəlli fasilədən sonra liderlər səviyyəsində görüşün keçiriləcəyi ümumilikdə müsbət haldır və danışıq və nəticələri gözləməyə çox vaxt qalmayıb.
Ceyhun Bayramov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 1-4 mayda keçirilmiş görüşlərindən də danışıb. O qeyd edib ki, ABŞ-da baş tutan görüşlərin əsas mənası sülh müqaviləsi ətrafında aparılan danışıqlardır.
XİN rəhbəri vurğulayıb ki, sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən səsləndirilib: "Bunu 2021-ci ildə Prezident İlham Əliyev ilk dəfə səsləndirib. Ötən ilin fevral ayında Azərbaycan 5 baza prinsipini irəli sürüb, nəhayət 2022-ci ilin oktyabrında sülh müqaviləsi üzrə danışıqlara başlanılıb. Həmin danışıqlar da məhz Azərbaycanın ilkin təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında danışıqlara başlanılmışdı. Daha sonra noyabr ayında Vaşinqton görüşlər olub. Dekabr ayında üçüncü görüş Moskvada planlaşdırılıb. Ancaq üçüncü görüşdən Ermənistan imtina etmişdi. Həmin görüşü müxtəlif səbəblər gətirərək boykot etmişdi. Həmin vaxtlarda onlar Laçın yolu ətrafındakı məsələləri bəhanə etmişdilər. Nəticədə 6 aya yaxın müddətdə görüşlər keçirilməmişdi. ABŞ-ın vasitəçiliyi ilə Ermənistan tərəfi danışıqlar masasına qayıtdı və 4 günlük müzakirələr oldu. Müzakirələr sülh müqaviləsi ətrafında idi".
Turan