Tramp təqsirli bilindi - 5 milyon dollar ödəyəcək
    • 10-05-2023, 11:54
    • 225

Tramp təqsirli bilindi - 5 milyon dollar ödəyəcək

ABŞ məhkəməsi keçmiş Prezident Donald Trampı cinsi qısnama və böhtanda təqsirli bilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp jurnalist Ceyn Kerrolla təcavüz etməyə cəhddə təqsirli bilinib. Tramp jurnalistə 2 milyon dollar, böhtan və köşə yazarının nüfuzuna vurulan zərərə görə əlavə 3 milyon dollar təzminat ödəyəcək.

Xatırladaq ki, Kerroll Trampa qarşı ittihamları ilk dəfə 2019-cu ildə yazdığı xatirələrində deyib. O, Trampın 1996-cı ildə Nyu-Yorkdakı “Bergdorf Goodman” adlı mağazanın soyunub-geyinmə otağında ona cinsi təcavüz etdiyini bildirib.

Qumral Əliyeva