İranda 7 nəfər edam edildi
    • 10-05-2023, 12:48
    • 318

İranda 7 nəfər edam edildi

İranda zorlama və narkotiklə bağlı cinayətlərdə təqsirli bilinən 7 nəfər edam edilib.

News24.az xəbər verir ki, bu barədə İnsan Haqları Təşkilatı məlumat verib.

Məlumata görə, Kərəc şəhərindəki Recai Shahr həbsxanasında zorlama ittihamı ilə edama məhkum edilən 4 məhbusun, narkotik cinayətlərinə görə edama məhkum edilən 3 nəfərin hökmü icra edilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları üzrə Ali Komissarı Volker Türk dünən verdiyi açıqlamada İranda ilin əvvəlindən bəri ən azı 209 nəfərin edam edildiyini bildirib. Türk İran hakimiyyətini ölüm hökmünü ləğv etməyə və bütün edamları dayandırmağa çağırmışdı.

Qumral Əliyeva