-
- 10-05-2023, 15:44
- 405
"Dərdi bezdirmək, çox sezdirmək olmaz" - Dilarə Əliyeva
“Toparlanmaq üçün bir az özümlə danışmağa ehtiyacım var. Özümə suallarım və alacağım cavablarım var. Son zamanlar özüm-özümlə danışıram və müəyyən qərarlar verirəm”.
News24.az olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu “Söhbət var” verilişində deyib.
Sənətçi mərhum həyat yoldaşı, rejissor və prodüser Oqtay Əliyevin ölümündən sonra düşündükləri barədə monoloq səsləndirib:
“Toparlanmaq, özünə gəlmək, qaldığın yerdən davam etmək güc və səbr istəyir. Faciə insan həyatının ayrılmaz hissəsidir. Qisməti yaşamaq, barışmaq nə qədər çətin olsa da, onu dərk etmək, özünə gəlmək, güc toplamaq və mahiyyətinə varmaq zaman istəyir. Dünya sənin nəyindir ki?! Doğman, əzizin deyil. Gör, bu dünyaya səndən nə qədər gəlmiş, insan itkisi yaşamış, özünə gəlmiş, toparlanmış və bir o qədər də itkini pis yaşamış, toparlana bilməmiş, gücünü itirmiş var.
Zəif olsan, psixoloji təsirdən çıxa bilməsən, ayağa qalxa bilməsən, “Öhdəsindən gələ bilmədi, çökdü, ayaqüstə qala bilmədi” – deyərlər. Bu da bir həyat mübarizəsidir. Mücadilədir. Hətta müharibədir. Həyatda hamının özünəməxsus mücadiləsi var. Kimisi tez təslim olur, kimisi davam edir. Kimisi özünə qapanır, kimisi qalanlar üçün məsuliyyətini çiyinlərinə alır. Kimisi közü alışdırar, kimisi kül olar. Hər dərdin öz çəkisi var. Dərdi bezdirmək, çox sezdirmək olmaz. Dərdlə ətrafı bezdirmək olmaz.
Yeri gəldi, ya gəlmədi, bildirmək olmaz. Həyatın hər üzünə hazır, hər sözünə hazırcavab olmalısan. Gözləmədiyin halda şillə, hazır olmadığın vaxtda tələ, bir göz qırpımında çıxışı olmayan mühasirə gələ bilər. Dərdə düşəndən, ağrı çəkəndən, boynu büküləndən nəyimiz əskikdir? Və ya nəyimiz artıqdır ki?! Əl uzadanın əlini, təsəlli verənə sözünü, güc verənə gücünü tutub, bir az yaxşı, pis, bir az da təmiz hisslərə inanıb yola davam etməliyik”.