Azərbaycan təmsilçilərinin "Avroviziya"dakı uğursuzluğunun SƏBƏBİ
    • 10-05-2023, 20:30
    • 506

Azərbaycan təmsilçilərinin "Avroviziya"dakı uğursuzluğunun SƏBƏBİ

Azərbaycanın "Avroviziya" üzrə nümayəndə heyəti TuralTuranX duetinin müsabiqədə final mərhələsinə keçə bilməməsinə münasibət bildirib.

Nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri İlahə Dadaşova APA-ya açıqlamasında ölkəmizin olduğu yarımfinal qrupunun çətin qrup olduğunu bildirib.

“Bizim olduğumuz yarımfinal qrupu ümumiyyətlə çətin idi. Belə ki, müsabiqədə bir neçə favorit ölkə var ki, həmin ölkələr məhz bizim çıxış etdiyimiz yarımfinalda səhnə almışdılar”.

İlahə Dadaşova finala adlamasalar belə, duetin bir neçə yeniliklərini nailiyyət kimi qiymətləndirib: “Biz builki müsabiqəyə ifaçıların özlərinin yazdığı mahnı ilə qatılmışıq, səhnə geyimləri də yerli dizaynerimiz tərəfdən yaradılıb. Bu kimi böyük və kiçik nailiyyətlərimiz, əslində, çoxdur. Tural və Turanla fəxr edirik, onlar böyük səhnəyə çıxıb bizi layiqincə təmsil ediblər”, – o, əlavə edib. /Lent.az/