İlk Azan verildi - Video
    • 10-05-2023, 22:15
    • 1 008

İlk Azan verildi - Video

Şuşada Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində axşam Azanı verilib. 

Bu, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində bərpa işlərindən sonra verilən ilk Azan olub.

Qeyd edək ki, mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər.