Şuşada teleqüllənin inşasına bu il başlanıla bilər - Aydın Kərimov
    • 9-07-2022, 16:34
    • 687

Şuşada teleqüllənin inşasına bu il başlanıla bilər - Aydın Kərimov

Şuşada bütün Qarabağ üzrə televiziya və radio yayımının müasir formada təşkili məqsədilə xüsusi teleqüllənin inşasına qərar verilib. Artıq onun da layihəsi bitib və ümid edirik ki, bu il inşasına başlanılacaq.

News24.az -ın məlumatına görə, bunu Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində bildirib.

Onun sözlərinə görə, hazırda 3 mühüm abidədə - Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində bərpa işləri aparılır.

"Bu il üçün nəzərdə tutulan başlıca işlərdən biri olaraq şəhərdə 960 şagirdlik məktəbin inşası davam etdirilir", - deyə o əlavə edib. /Trend/