-
- 12-05-2023, 19:14
- 609
Gəncədə xanım polislə dalaşan taksi sürücüsü həbs edildi
Gəncə şəhərində xuliqanlıq əməli törətmiş taksi sürücüsü həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Miqrasiya Şöbəsinin inspektoru N.Məmmədova şikayət edərək ona bağlama gətirən taksi sürücüsü tərəfindən xuliqanlıq əməlinə məruz qaldığını bildirib. Araşdırmalarla həmin sürücünün Yeni Gəncə yaşayış massivində yaşayan 1986-cı il təvəllüdlü Z.Əliyev olması müəyəyn edilib və o saxlanılıb.
Şikayətçi polis əməkdaşı bildirib ki, hadisə sürücünün nəzakətsizliyi səbəbindən baş verib: “Rəfiqəm taksi ilə bağlama göndərmişdi. Bir az keçdikdən sonra taksi sürücüsü “vızıv” atdı, geriyə yığaraq zəng edəndə mənə ünvana çatdığını bildirdi. Həyətə endikdən sonra avtomobilin uzaqda olduğunu görüb sürücüdən bir qədər də irəli sürməsini xahiş etdim. O isə mənim orda olmadığımı dedi. Yenidən sürücüyə məktəbin qarşısında dayandığımı bildirdikdən sonra o, həmi yerə gəldi və avtomobildən düşərək məni çöx gözlədiyini deyib kobud sözlərlə təhqir etdi.
Ona qarşısındakı xanımın polis işçisi olduğunu bildirib nəzakətli olmağını xahiş etsəm də, daha da aqresivləşib qazi olduğunu, bizim üçün döyüşdüyünü qeyd edərək təhqir etməkdə davam etdi. Həmin vaxtı səs-küyə həyətdə olan qonşular da yığıldılar. Qonşular da, sürücüyə etirazlarını bildirəndə sürücü sürətlə avtomobili bizim üzərimizə sürüb oradan uzaqlaşdı. Hətta marketdən iki azyaşlı uşağı ilə birlikdə qayıdan qonşumun uşaqlarının həyatını da təhlükəyə atdı. Sonradan sürücünün kim olmasını öyrəndim və onun əməlindən şikayətçiyəm”.
Saxlanılan taksi sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə taksi sürücüsünə 14 sutka həbs cəzası verilib.
Taleh BAĞIROV