İmran Xan məhkəmə binasını tərk etdi
    • 13-05-2023, 01:01
    • 321

İmran Xan məhkəmə binasını tərk etdi

Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan İslamabadda Ali Məhkəmənin binasını tərk edib.

İmran Xan "təhlükəsizlik qüvvələrinin üzvlərinin müşayiəti ilə İslamabadın baş müfəttiş müavininin avtomobilində gedib.

Bundan əvvəl Ədalət Hərəkatı Partiyasının Twitter səhifəsində İ.Xanın tərəfdarlarına videomüraciəti yerləşdirilmişdi. Keçmiş baş nazir onun azadlığa buraxılması ilə bağlı daha əvvəl qəbul edilmiş qərara baxmayaraq, İslamabad Ali Məhkəməsinin binasında 3 saat zorla saxlandığını bildirmişdi və həmçinin tərəfdaşlarını “dinc etiraza hazır olmağa” çağırmışdı. /Teleqraf.com/