İmran Xanın tərəfdarları onun həbsi ilə bağlı etirazlara qalxıb - YENİLƏNDİ
    • 9-05-2023, 18:44
    • 500

İmran Xanın tərəfdarları onun həbsi ilə bağlı etirazlara qalxıb - YENİLƏNDİ

Pakistanın müxalifət fəalları ölkənin böyük şəhərlərində keçmiş baş nazir İmran Xanın həbsi ilə bağlı etiraz aksiyalarına başlayıblar.

Bu barədə çərşənbə axşamı partiyanın mətbuat xidməti məlumat yayıb.

Nümayişlər İslamabad, Pişəvər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və ölkənin digər yerlərində keçirilir.

13:45

Pakistanın keçmiş Baş naziri İmran Xan həbs edilib.

Bu barədə Pakistanın “Geo TV” telekanalı məlumat yayıb.

Onun həbs olunmasının səbəbi hələ açıqlanmayıb.

Qeyd edək ki, keçmiş Baş nazir daha əvvəl terrorçuluqda ittiham olunub. /Report/