Mehriban Ələkbərzadədən yeni vəzifəsi ilə bağlı PAYLAŞIM
    • 15-05-2023, 12:04
    • 466

Mehriban Ələkbərzadədən yeni vəzifəsi ilə bağlı PAYLAŞIM

Xəbər verdiyimiz kimi, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.

News24.az-ın məlumatına görə, M.Ələkbərzadə bununla bağlı paylaşım edib. Təyinatdan sonra saysız-hesabsız təbrik aldığını bildirən rejissor paylaşımında bunları yazıb:

"Təyinatımla bağlı bütün təbriklərə, şəxsi mesaj və "WhatsApp"a yazılan xoş sözlərinizə görə təşəkkürümü qəbul edin, dostlar. Hər birinizə ayrı yaza bilməsəm də, hamınıza xüsusi təşəkkür edirəm".

Qeyd edək ki, Akademik Milli Dram Teatrının rəhbərliyinə gətirilən Mehriban Ələkbərzadə indiyədək çoxsaylı tamaşa və ekran əsərlərinin müəllifi və rejissorudur,  Gənc Tamaşaçılar Teatrının və Yuğ Teatrının baş rejissoru vəzifələrində çalışıb.