Bakı-Ankara təyyarəsi təcili ENİŞ ETDİ: Sərnişinin vəziyyəti pisləşdi
    • 15-05-2023, 14:04
    • 390

Bakı-Ankara təyyarəsi təcili ENİŞ ETDİ: Sərnişinin vəziyyəti pisləşdi

“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) tərkibinə daxil olan "Buta Airways" aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

News24.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

"Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib. Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək", - məlumatda deyilir.