Türkiyədə seçkilər ikinci tura qaldı
    • 15-05-2023, 16:45
    • 338

Türkiyədə seçkilər ikinci tura qaldı

Türkiyədə prezident seçkiləri ikinci tura qalıb.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Əhməd Yenər deyib.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 100 faizi hesablanıb. Nəticələrə əsasən, prezidentliyə namizədlərin səsləri aşağıdakı kimidir:

Rəcəb Tayyib Ərdoğan: 49,51 faiz

Kamal Kılıçdaroğlu:
44,88 faiz

Sinan Oğan:
5,17 faiz

Məhərrəm İncə:
0,44 faiz

Prezident seçkilərində namizədlər seçilmək hüququ qazana bilmədiyi üçün seçkilərin ikinci turunun mayın 28-də keçirilməsi qərara alınıb.

Turan