-
- 15-05-2023, 18:04
- 528
Ən çox isteklak etdiyimiz bu məhsulla bağlı BƏDBİN PROQNOZ - Qiyməti artacaq?
“Fitch Solutions” beynəlxalq reytinq agentliyinin araşdırmasına görə, qlobal düyü bazarı son 20 ilin ən böyük tədarük çatışmazlığı ilə qarşı-qarşıyadır. Düyü istehsalı bütün regionlarda, o cümlədən Çin, ABŞ və Avropa İttifaqında azalır. Proqnozlara görə, 2023-cü ildə qlobal düyü bazarında son 20 ilin ən böyük qıtlığı yaşanacaq.
Qlobal düyü bazarında proqnozlaşdırılan böhran Azərbaycana necə təsir göstərəcək? Ölkəmizdə düyü qıtlığı yaşana bilərmi?
Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, düyü ilə bağlı səsləndirilən bədbin proqnozlar Azərbaycanda sözügedən məhsulun qıtlığına səbəb olmayacaq:
“Düşünmürəm ki, Azərbaycanda düyü idxalı, həmçinin bu məhsula olan tələbatla bağlı hansısa bir problem yaşanacaq. Hazırda bazarda kifayət qədər bolluq müşahidə olunur. Ötən il Pakistandan Azərbaycana gətirilən düyü 15 faiz gömrük rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. 2027-ci ilin sonunadək Pakistan mənşəli düyünün idxalına görə gömrük rüsumu tutulmayacaq. Bu, bilavasitə qiymət artımının qarşısını almağa ciddi təsir göstərəcək. Eyni zamanda, Sinqapurdan da Azərbaycana düyü idxalına başlanılıb”.
İqtisadçı bildirib ki, Azərbaycanda kifayət qədər düyü ehtiyatı var: “Hazırda Azərbaycan bazarlarında müxtəlif növ düyü çeşidi var. Yerli düyülər xaricdən gətirilənlərdən formasına görə fərqlənir. Ölkədə sahibkarlar öz məhsullarını ixrac etməkdə çətinlik çəkirlər. Bununla bağlı şəxsən mənə müraciətlər olub. Ancaq bütün bunlara baxmayaraq düşünmürəm ki, Azərbaycanda düyü ilə bağlı hansısa problem yaşanacaq. 2022-ci ildə də düyü idxalı artıb, ölkəyə 43 milyon dollara yaxın olan 50 min tondan çox düyü idxal olunub. Halbuki 2021-ci ildə 34 milyon dollar dəyərində 47 min ton düyü idxal olunub. Yəni idxalın həcmi artıb. Ona görə də düyüyə hansısa təhdidin olacağını proqnozlaşdırmıram”.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana düyü idxalı əvvəlki ilə nisbətən 7,4% artaraq 50,2 min ton olub. 2022-ci ildə ölkəyə idxal olunmuş düyünün 74,8%-i Hindistanın, 11,5%-i Qazaxıstanın, 8,3%-i Rusiyanın, 2,4%-i Tailandın, 2,1%-i Pakistanın, 0,9%-i isə digər ölkələrin payına düşüb.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda çəltiyin əkin sahəsi 3,1 min hektar olub. Çəltiyin məhsuldarlığı 2022-ci ildə hektara 36,1 sentner (s/ha) olub. 2022-ci ildə məhsuldarlıq səviyyəsi 2021-ci ilə nisbətən isə 3,7% artıb. 2021-2022-ci illərdə düyünün 1 kiloqramının topdansatış qiymətləri 1,87-2,83 manat arasında dəyişib. 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla, çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılması planlaşdırılır.
Turan