Əkini dronla ediblər - Dünya bu kəşfi danışır
    • 17-09-2019, 22:41
    • 835

Əkini dronla ediblər - Dünya bu kəşfi danışır

Yaponiyanın qərbində yerləşən Hiroşima prefekturasının kənd təsərrüfatı rəsmiləri yaşlı fermerlərin işini yüngülləşdirmək məqsədilə düyü şitillərinin dron vasitəsilə əkinini sınaqdan keçiriblər.
News24.az xəbər verir ki, Hiroşima Hiqaşi şəhərində yerləşən kənd təsərrüfatı kooperativində sınaq zamanı şitillərin olduğu konteynerin üzərində yerləşən operator iki metr hündürlükdən onları əkin sahəsinə yayıb. Ümumi sahəsi 2 min kvadratmetr olan düyü sahəsinə şitillərin əkilməsi cəmi 10 dəqiqə vaxt aparıb. Bu, adi halda həmin sahənin əkilməsi üçün lazım olan vaxtdan altı dəfə azdır.