Polkovnik nöqsana yol verdi, nazir işdən çıxardı - Yeni təyinatlar
    • 15-05-2023, 18:38
    • 244

Polkovnik nöqsana yol verdi, nazir işdən çıxardı - Yeni təyinatlar

Binəqədi və Abşeronda polis orqanlarında yeni təyinatlar olub.

News24.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmrinə əsasən, Binəqədi Rayon 4-cü Polis Şöbəsinin rəis müavini, polis mayoru Zaur Babazadə işdən çıxarılaraq Qobu Polis Bölməsinə rəis təyin olunub.

Bundan başqa, Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki İsa Babaşovun fəaliyyətində yoxlamalar nəticəsində nöqsanlar aşkar olunaraq sərəncama çıxarılıb.

Nazirin əmri ilə onun yerinə Binəqədi Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Zaur Əliyev gətirilib./qafqazinfo/