Azərbaycan basketbol tarixində ilk yaşanacaq
    • 16-05-2023, 11:21
    • 205

Azərbaycan basketbol tarixində ilk yaşanacaq

Azərbaycan basketbol tarixində ilk yaşanacaq.

News24.az xəbər verir ki, Astarada qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək.

Azərbaycan millisi ilə bərabər, ikisi klub olmaqla ümumilikdə 12 komanda yarışda qüvvəsini sınayacaq. Azərbaycan, Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3x3 qadın yığmaları, həmçinin, Çinin “Yuanda” və Azərbaycanın “Neftçi” klubu turnirdə mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya Qadın Seriyasının oyunları 20-21 may tarixlərində Astara bulvarında keçiriləcək./report/