Bu qədər azərbaycanlı tələbə xaricdə təhsil alır
    • 16-05-2023, 16:46
    • 238

Bu qədər azərbaycanlı tələbə xaricdə təhsil alır

2022-2026-cı Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili üzrə hazırda 14 prioritet sahə  üzrə dünyanın 18 ölkəsinə aid 107 xarici ali təhsil müəssisəsində 80 bakalavriat, 258 magistratura təhsil səviyyələrində olmaqla, ümumillikdə 338 nəfər tələbə təhsil alır. 

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. 

Onun sözlərinə görə, hazırda proqrama müraciət etmiş 456 nəfərdən 27 nəfər bakalavriat, 101 nəfər magistratura səviyyəsində olmaqla ümumilikdə 128 nəfərin ərizəsi təsdiq edilib. 

Namizədlərdən 3 nəfəri Hardvarda, 2 nəfəri MIT-ə, 2 nəfər Kolumbiya universitetinə, 1 nəfəri isə Oxford Universitetinə qəbulla bağlı ərizəsini tamamlayıb. 

Informasiya texnologiyaları, maliyyə, mühəndislik, iqtisadiyyat, statistika və verilənlərin təhlili prioritet sahələrdir.

Turan