Pandemiya zamanı yazılan bəzi cərimələr geri qaytarılacaq
    • 17-05-2023, 10:06
    • 198

Pandemiya zamanı yazılan bəzi cərimələr geri qaytarılacaq

Avstriyanın Aşağı Avstriya əyalətində Xalq Partiyası (ÖVP) və Azadlıq Partiyası (FPÖ) hökuməti COVID-19 ilə mübarizə tədbirlərinə əməl etməməyə görə yazılan cərimələrin bir hissəsini geri qaytaracaq.

News24.az xəbər verir ki, Aşağı Avstriya əyalətinin başçısı Yohanna Mikl-Leitner mətbuata verdiyi açıqlamada epidemiya zamanı təxminən 31 milyon avroluq fond yaradıldığını bildirib.

Mikl-Laytner deyib ki, fond virusun yaratdığı problemlərin aradan qaldırılması, məsələn, epidemiya prosesi zamanı psixoloji problemləri olan insanların müalicəsi və "uzun müddət ərzində COVID-19 Sindromundan əziyyət çəkən" xəstələrin reinteqrasiyası üçün yaradılıb.

Əyalət başçısı epidemiya ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə əməl edilmədiyi üçün yazılan bəzi cərimələrin geri qaytarılacağını vurğulayıb.

O, bu çərçivədə Aşağı Avstriya əyalətində 700 şəxsə təxminən 200 min avronun geri qaytarılacağını ifadə edib. /TRT Haber/