Masazırda evdən 30 min manat OĞURLANDI
    • 17-05-2023, 11:15
    • 233

Masazırda evdən 30 min manat OĞURLANDI

Abşeronda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, mayın 8-nə keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 30.000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İstək Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.