Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb
    • 13-12-2022, 10:51
    • 250

Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb

Dekabrın 6-na keçən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 

News24.az xəbər verir ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Elçin Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.