-
- 17-05-2023, 17:44
- 1 507
Separatçılar Qarabağa SİLAH DAŞIYIR: növbəti təxribata hazırlıq? - Sensasion DETALLAR
Xankəndidə separatçılar Brüsseldəki görüşə görə etiraz edirlər. Etirazların səbəbi Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçı-terrorçularının növbəti dəfə silah daşıdığı üzə çıxıb. Silah daşındığını təsdiqləyən görüntülər Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınıb.
Politoloq İlqar Vəlizadə News24.az-a açıqlamasında bildirib ki, separatçılar Brüssel görüşünün nəticəsinə qarşılıq olaraq təxribatlar planlaşdıra bilərlər.
“Azərbaycanın Qarabağ ətrafında üç korpusu fəaliyyət göstərir, eyni zamanda hərbi sahədə gücümüzü artırırıq. Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi quraşdırılıb. Azərbaycan ermənilərin təxribatlarına hazırlaşır. Biz buna həm hərbi, həm də mənəvi olaraq hazırıq. Ermənistan hakimiyyətinin yarımçıq siyasəti, sülh müqaviləsinin imzalanması istiqamətində pozucu fəaliyyəti, Qarabağda separatçı qrupların fəaliyyəti, Xocalıda təlimlərin keçirilməsi və s. təxribatların qaçılmaz olduğundan xəbər verir. Amma Azərbaycan ermənilərin istənilən təxribatına hazırdır”, - İ.Vəlizadə qeyd edib.
Politoloq bildirib ki, Brüssel görüşünün nəticəsini müsbət qiymətləndirmək olar: “Nikol Paşinyan ilk dəfə olaraq bəyan etdi ki, Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıyır. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın tərkibində tanıyır, eyni zamanda anklavların – Kərki kəndi və Qazaxın 7 kəndinin (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrlimli) Azərbaycana məxsus olduğunu təsdiqləyir. Bu, çox əhəmiyyətlidir. Hesab edirəm ki, Ermənistan tərəfi tezliklə anklavları Azərbaycana qaytarmalıdır. Digər tərəfdən, heç bir şəkildə Qarabağa müdaxilə etməməlidir. Vasitəçilər də pozucu fəaliyyətdən çəkinməlidirlər. Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırsa, heç kimin bu əraziyə müdaxilə etməyə ixtiyarı yoxdur”.
Turan