-
- 16-05-2023, 14:15
- 1 388
Paşinyan razılaşıb: Separatçılar QOVULUR, Xankəndi Bakının NƏZARƏTİNƏ KEÇİR!
Xankəndidə separatçılar Brüsseldəki görüşə görə etiraz edirlər. Etirazların səbəbi Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. “Hraparak” nəşrinin Xankəndindəki mənbədən əldə etdiyi məlumata görə, Emənistan hakimiyyəti Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra Xankəndidə separatçı rejimin ləğv edilməsi istiqamətində proses sürətlənib.
Politoloq Sultan Zahidov News24.az-a açıqlamasında bildirib ki, Brüssel görüşü kifayət qədər produktiv nəticələr hasil edib.
“Görüşün nəticələri Azərbaycanın mövqeyinə uyğundur. Burada əsas məqam Ermənistan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildə imzalanan Alma-Ata bəyannaməsi çərçivəsində tanıması idi. Eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiyası, humanitar məsələlərin həlli və ərazilərin minalardan təmizlənməsi məsələlərində də razılıq əldə olundu. Brüssel görüşünün nəticəsi olaraq bir daha qeyd olundu ki, Qarabağın erməni icması ilə Azərbaycan tərəfi danışıqlar aparacaq, bu danışıqlar onların Azərbaycana reinteqrasiya prosesinin tərkib hissəsi kimi nəzərdən keçiriləcək. Bütün bunlar mühümdür və Azərbaycanın mövqeyinə uyğundur”, - S.Zahidov vurğulayıb.
Politoloq qeyd edib ki, Brüssel görüşünün nəticəsindən narahat olan qüvvələr var və onların başında Ermənistanda və Qarabağda olan revanşist qüvvələr, separatçılar durur: “Ermənistan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü tanıması o deməkdir ki, Xankəndidəki separatçı rejim qısa zamanda ləğv olunacaq və Azərbaycan tam şəkildə Xankəndi və digər ərazilərdə öz suverenliyini bərpa edəcək. Bu baxımdan, Brüssel görüşünə edilən etirazlar onu göstərir ki, separatçı rejimin rəhbərləri başa düşürlər ki, həmin ərazilərdə Azərbaycan öz suverenliyini bərpa etsə, artıq onlar ya Xankəndini tərk etməli, ya da Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olmalıdırlar. Çünki onların hər biri cinayətkar kimi Azərbaycanın ali qanunverici orqanı qarşısında cavab verməlidir”.
Ekspert Brüsseldəki görüşlərdən Rusiyanın da narahat olduğunu söyləyib: “Rusiya tərəfi dəfələrlə öz bəyanatlarında Cənubi Qafqazda sülh üçün Moskva formatından başqa format görmədiklərini bildiriblər. Hətta ən son şərti sərhəddə baş verən təxribatdan sonra da Peskov bildirmişdi ki, tərəflər təmkinli olmalıdır, amma istənilən halda Putin yaxın zamanda tərəflərlə hansısa təmas planlaşdırmır. Bu, əslində Rusiya tərəfinin müəyyən incikliyini, hazırkı prosesdən narazı olduğunu göstərir. Rusiyanın Cənubi Qafqazda hakimiyyətini sürdürməsi üçün bir neçə rıçaq var ki, onlardan da ən başlıcası Azərbaycan-Ermənistan məsələsidir. Qərb də bunu başa düşür. ABŞ çalışır ki, bu prosesdə fəallıq göstərərək Rusiyanı bölgədən çıxarsın. ABŞ-dan fərqli olaraq Avropa İttifaqının gündəliyi daha səmimidir. Çünki Aİ-nin iqtisadi maraqları var və gizli gündəliyi yoxdur. Bunu Azərbaycan rəsmiləri dəfələrlə bəyan edib.
Rusiya tərəfi başa düşür ki, Brüssel formatı həm də Vaşinqton danışıqlarının bir hissəsidir, hər iki format isə Rusiyanın maraqlarına ziddir. Moskva bu prosesi əngəlləmək üçün Qarabağdakı separatçıları və Ermənistandakı uzantılarını dəstəkləyə bilər ki, onlar da növbəti təxribata əl atacaqlar. Ermənistanın hərbi bürokratiyasında Rusiyanın uzantıları hələ də mövcuddur. Bunu Paşinyan özü də bildirib və həmin hərbçiləri “beşinci kolon” adlandırıb. “Beşinci kolon”un prosesləri əngəlləmək üçün təxribatlar törədəcəyi istisna olunmur. Rusiya yaxın zamanda olmasa da, müəyyən vaxtdan sonra tərəflərə görüş təklif edəcək. Bu görüş baş tutana qədər Cənubi Qafqazdakı nüfuzunu saxlamaq üçün bölgədəki uzantıları vasitəsilə Azərbaycana qarşı təxribatların həyata keçirilməsi ehtimalları var”.
Turan