"Bir də çölə çıxdım ki, uşaq yoxdur"- Quyuya düşən azyaşlının atası DANIŞDI - VİDEO
    • 18-05-2023, 13:00
    • 1 858

"Bir də çölə çıxdım ki, uşaq yoxdur"- Quyuya düşən azyaşlının atası DANIŞDI - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlı quyuya düşərək ölüb.

News24.az-ın əməkdaşları hadisə yerinə yollanıb. Uşağın atası Mətləb Qasımov hadisənin təfərrüatı ilə bağlı açıqlama verib:

"Övladım axşam saat 7-8 arası burada oynayırdı. Dedim, "balam, gəl, evə". Dedi oynayıb bir azdan gəlirəm. Bir də çölə çıxdım ki, uşaq yoxdur. Dedim bəlkə bacımgildə olar. Mənə ora gəlmədiyini dedilər. Biz nə qədər axtarsaq da, uşaqları tapa bilmədik. Sonra polis gəldi. Axtardıq və onların cəsədini quyudan tapdıq. 7-8 ildir burada yaşayıram. Ağlıma gəlməzdi ki, belə hadisə yaşanar. Ora necə düşüblər, biz də bilmirik". 

M.Qasımov onu da bildirib ki, evlərindən xeyli aralıda olan və içərisi çirkli su ilə dolu olan quyunun dərinliyi 12 metrdir.  


Qumral Əliyeva