Bakıda pullu yollar xidmət göstərəcək
    • 24-07-2018, 11:12
    • 966

Bakıda pullu yollar xidmət göstərəcək

Azərbaycanda ödənişli avtomagistralın başlanması və başa çatması haqqında nəqliyyat vasitələrinin gedişinə görə haqqın alındığı yol sahəsinin başlanması haqqında məlumat verən yol nişanı quraşdırılacaq.

News24.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nda əksini tapıb.


Məlumat və yol nişanları Azərbaycan dilində və operatorun istəyinə əsasən xarici dildə (ingilis dilində) təqdim ediləcək. Eyni zamanda məlumat operator tərəfindən istifadəçilərin nəzərinə operatorun internet şəbəkəsində saytı vasitəsilə, istifadəçinin tələbi ilə isə ödəniş haqqının alındığı məntəqələrdə çatdırılacaq. İstifadəçiləri təqdim olunan xidmətlər haqqında məlumatlandırmaq məqsədi ilə operator (ödənişli avtomagistralın sahibi) ödənişli avtomagistralın başlanğıc məntəqəsinin və ödəniş haqqının alınması məntəqələri qeyd olunmaqla ödənişli avtomagistralın sxemi və alternativ ödənişsiz hərəkət marşrutu haqqında məlumatı təqdim edəcək.