![Aktyor Rza Rzayev həbs olundu](/uploads/posts/2023-05/1684433491_646651c61259e646651c61259f1684427206646651c61259a646651c61259c-1.jpg)
-
- 18-05-2023, 20:40
- 354
Aktyor Rza Rzayev həbs olundu
Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.
Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.
Xəbəri Rza Rzayevin vəkili Səlahəddin Cəfərov təsdiq edib.
Qeyd edək ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb. /APA/