Qızlarından Almaz Ələsgərliyə QADAĞA
    • 19-05-2023, 11:03
    • 2 814

Qızlarından Almaz Ələsgərliyə QADAĞA

Əməkdar artisti Almaz Ələsgərli plastik əməliyyat etdirmək istəyir.

News24.az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Həyat tərzi" verilişində deyib. O bildirib ki, qızları ona qadağa qoyub:

"Qızlarıma deyirəm ki, plastik əməliyyat etdirəcəyəm. Əməliyyatdan sonra isə bədən ölçülərim olacaq 90, 60, 90. Onlar da deyirlər ki, səni ana kimi görməliyik, olacaqsan bizim kimi. Deyirlər ki, qəti, olmaz".

Qeyd edək ki, müğənninin Əminə və Mədinə adlı iki qız övladı var. Mədinə ailəlidir və İsveçdə yaşayır. Əminə isə bir neçə ay əvvəl nişanlanıb.