Sinan Oğan bitərəf qalsa, Ərdoğan və Kılıçdaroğlu... - ÜÇ SSENARİ
    • 19-05-2023, 11:09
    • 423

Sinan Oğan bitərəf qalsa, Ərdoğan və Kılıçdaroğlu... - ÜÇ SSENARİ

Seçicilərin 49,52 faiz səsini toplayan Prezident Rəcəb Tayyib Ərdoğan və 44,88 faiz səs toplayan müxalifət lideri Kamal Kılıçdaroğlu ikinci turda mübarizəyə hazırlaşır. Seçkilərin əsas detallarından biri də birinci turda 5,17 faiz səs toplayan Sinan Oğanın ikinci turda kimə dəstək verəcəyi sualıdır.

News24.az xəbər verir ki, seçkilərin ikinci tura keçəcəyini və namizədlərin səs nisbətlərini proqnozlaşdıran “Sonar Araşdırma”nın sahibi Hakan Bayrakçı ikinci turla bağlı açıqlamalar verib.

Bayrakçı ikinci turda Sinan Oğanın səslərinin necə bölüşdürüləcəyi ilə bağlı proqnozunu CNN Türk-lə bölüşüb. O, hələlik anket nəticələrinin hazırlanmadığını, yalnız təxminlərini söylədiyini vurğulayıb. Bayrakçı 3 fərqli ssenari üzrə mümkün nəticələri proqnozlaşdırıb.

O, Sinan Oğanın bitərəf qalmaq, Ərdoğanı və ya Kılıçdaroğlunu dəstəkləmək qərarına görə, 5,2 faizlik səs bölgüsünün necə olacağını təxmin edib:

Sinan Oğan tərəfsiz qalsa:

1,8% Kamal Kılıçdaroğluna gedir;
1,8% faiz Rəcəb Tayyib Ərdoğana gedir;
1,6% seçkiyə getmir.

Sinan Oğan ikinci turda Kılıçdaroğlunu dəstəkləməyə qərar verdiyini açıqlasa:

2,2% Kamal Kılıçdaroğluna gedir;
1,0% Rəcəb Tayyib Ərdoğana gedir;
2,0% seçkiyə getmir.

Sinan Oğan ikinci turda Ərdoğanı dəstəkləməyə qərar verdiyini açıqlasa:

1,8% Kamal Kılıçdaroğluna gedir;
2,0% Rəcəb Tayyib Ərdoğana gedir;
1,4% seçkiyə getmir.

Qeyd edək ki, “Sonar” may ayında etdiyi araşdırmada Ərdoğanın ikinci turda 52,1 faiz, Kılıçdaroğlunun isə 47,9 səs alacağını açıqlamışdı.

Turan